Balakən rayonunun Hənifə kəndində yeni su təchizatı sisteminin açılış mərasimi keçirilib.
“Azərsu” ASC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, açılış mərasimində çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirib. Qeyd edib ki, son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələri regionların inkişafına böyük təkan vermiş və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir.
1200 fərdi ev təsərrüfatından ibarət olan və 6500 nəfər sakinin yaşadığı Balakən rayonunun Hənifə kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi bir neçə mərhələdə həyata keçirilib. İlkin mərhələdə kənd ərazisində 500 kubmetr tutumu olan su anbarı tikilmiş və 864 sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Görülmüş işlər nəticəsində 270 fərdi ev təsərrüfatı olmaqla 945 nəfər sakin dayanıqlı içməli su ilə təmin edilib.
Son xəbərlər
Son Xəbərlər