95 namizəd imza vərəqələrini götürsə də, imtina edib

95-namized-imza-vereqelerini-goturse-de-imtina-edib
Oxunma sayı: 732

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 namizəd müraciət edib. "Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. 

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri isə imza vərəqələrini götürüb. 1774 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 1542 nəfər deputatlığa namizəd kimi qeydə alınıb. 95 nəfər isə imza vərəqəsini aldıqdan sonra fəaliyyətini dayandırıb.

Günel Türksoy

Pərvin Zeynal