96 yaşlı qadın model oldu - Fotolar

96-yasli-qadin-model-oldu
Oxunma sayı: 3666

Amerikalı təqaüdçü üzgüçülük geyimləri brendinin şousunda debüt edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “The Sun” nəşri məlumat yayıb.

Belə ki, 96 yaşlı Mayami-Biç sakini Qloriya Mantell Pallot Mayami Moda Həftəsində mavi çimərlik paltarında podiuma çıxıb.

Onun görünüşü çimərlik paltarına uyğun gələn yaylıq və muncuqlarla tamamlanıb. Qadın iki kişi model ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.

Qadının sözlərinə görə, o, tədbirə idman edərək hazırlaşıb.