“99,9 faiz əvvəlki kimi olacaq”

999-faiz-evvelki-kimi-olacaq
Oxunma sayı: 764

“Lüksemburq klubu ilə matça ciddi hazırlaşmışıq”. 

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Sabiq “bankirlər” Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Lüksemburuqun “Fola” klubunu qəbul edəcək. Oyundan bir gün öncə keçirilən mətbuat konfransında çıxış edən mütəxəssis fikirlərini bildirib: “Onların bir komandası məşhur “Reyncers” səddini keçib. Bu səbəbdən də arxayınlaşa bilmərik. Rəqibi qiymətləndirməmək səhv addım olardı. Həmişəki qaydada oyunumuza hazırlaşmışıq. Futbolçular özlərini yaxşı hiss edirlər və sabahkı oyunu səbirsizliklə gözləyirlər”.

- Məlum olduğu kimi, “Zirə” “Differdanj” səddini keçib. Sizcə, “Fola”nın “Differdanj”dan fərqi nədədir?

- “Fola”nın bir neçə oyununu izləmişəm və təhlillər aparmışam. “Fola” qələbə qazanmağa meyilli komandadı. Cinah və mərkəz hücumçuları yaxşı təsir bağışlayırlar. Xüsusən də, mərkəz hücumçularını fərqləndirərdim. Kifayət qədər diqqətli olmalıyıq və sübut etməliyik ki, “İnter” meydan sahibidir.

- Qeyd etdiniz ki, oyunçular arxayınlaşmamalıdır. Deməli, futbolçuların arxayınlaşmasından narahatsınız?

- Bəli, ehtiyatlanıram. Hər zaman güclü olan komandanın nisbətən zəif rəqib önündə arxayınlaşma ehtimalı var. Futbolçular dərk etməlidirlər ki, taleləri öz əllərindədir. Komanda nə qədər çox uğur qazansa, yaşamaq ehtimalı o qədər də artır.

- “İnter Arena”dan çıxarılmağınız komandaya necə təsir edir?

- Vəziyyət hər kəsə bəllidir. Artıq 3 ildi ki, bu vəziyyətdə çıxış edirik. Komanda olaraq bu vəziyyətə alışmışıq və meydana çıxanda bütün problemləri unuduruq.

- Yenə “qalib heyətə toxunmazlar” prinsipinə sadiq qalacaqsınız?

- Komanda yaxşı oynayırsa və qalib gəlirsə, heyətdə dəyişikliyə ehtiyac yoxdu. 99,9 faiz heyət əvvəlki kimi olacaq. Əgər kimsə xəstələnməsə və zədələnməsə heyətdə dəyişiklik edilməyəcək.