“İnter”in hücumçusu Lautaro Martines İtaliya A Seriyasının bu mövsümün ən yaxşı oyunçusu seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya çempionatının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2023/2024 mövsümündə A Seriyasında argentinalı hücumçu 33 matçda iştirak edib, 24 qol vurub və 6 qolun ötürməsini verib. "İnter" də bu mövsüm İtaliya çempionu olub.
Qeyd edək ki, 26 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.