A seriyasında ilk dəfə

a-seriyasinda-ilk-defe
Oxunma sayı: 2270

İtaliya A seriyasının 8-ci turunda “Sassuolo” - “Salernitana” oyununu qadın hakim Mariya Sole Ferrieri Kaputi idarə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hakim Təyinatı Şurası məlumat yayıb.

Daha əvvəl ölkənin əsas çempionatının matçlarına qadın hakim təyinatı qeydə alınmayıb. Beləliklə, Mariya A seriyası matçını idarə edən ilk qadın hakim olacaq.

Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək “Sassuolo” - “Salernitana” qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.