A Seriyasının bərpa tarixi açıqlandı

a-seriyasinin-berpa-tarixi-aciqlandi
Oxunma sayı: 1813

Futbol üzrə İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, A Seriyasının rəhbərliyi ilə klublar arasında bu gün baş tutan videokonfransda mövsümün taleyi ilə bağlı yekun qərar verilib.

Qərara əsasən, ölkə çempionatı iyunun 13-də bərpa olunacaq. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Digər qərara əsasən, İtaliyada klublar mayın 18-dən etibarən komanda şəklində məşqlərə başlaya biləcəklər.