AAAF Park niyə tez-tez qaranlığa qərq olur? - Açıqlama

aaaf-park-niye-tez-tez-qaranliga-qerq-olur
Oxunma sayı: 2609

AAAF Park Yaşayış Kompleksində elektrik verilişində problem yaranıb.

"Qafqazinfo"ya müraciət edən sakinlərin sözlərinə görə, bu problem gün ərzində bir neçə dəfə yaşanır.

Ötən həftə sonundan etibarən binalara işıq fasilələrlə verilir. Axşam saatlarından başlayaraq elektrik enerjisi yarım saatdan, bəzən isə 15 dəqiqədən bir verilir. Bu isə qazı və istiliyi olmayan binaların sakinlərinin problemlərini birə üç artırır.

AAAF Park-dan verilən məlumata görə, hazırda Yaşayış Kompleksində elektrik enerjisinin fasiləsiz təminatının şirkətdən “Azərenerji” ASC-yə təhvil-təslim prosesi aparılır. Daxili xətlər dəyişdirilir, Kompleksin ərazisində olan iki transformator yenilənir, həmçinin Xırdalanda yeni istifadəyə veriləcək yarımstansiyaya qoşulma üçün işlər bitmək üzrədir. Bu proses zamanı elektrik enerjisinin verilməsində fasilələrin olması təbiidir. Hazırda cəmi 4 binada bu problem var, o da artıq aradan qaldırılmaq üzrədir. Bununla yanaşı, problemlərin yaranmasında sakinlərin, daha doğrusu, istifadə etdikləri elektrik enerjisi və istiliyə görə borclarını ödəməyən, bilərəkdən ödəmək istəməyən sakinlərin də günahı az deyil. İşlərin aparılması böyük vəsait tələb edir. O şəxslər də bu vəsaiti ödəməyəndə külli miqadarda rəqəm alınır, şirkət də artıq bunun öhdəsindən gələ bilmir. Borcların ödənilməsi çətinlikləri daha tez aradan qaldırmağa kömək edəcək.