AB Venesuelaya 5 milyonluq yardım ayırdı

ab-venesuelaya-5-milyonluq-yardim-ayirdi
Oxunma sayı: 700

Avropa Birliyi Venesuelaya 5 milyon avro məbləğində təcili humanitar yardım ayırıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Birlik, həmçinin, Karakasda “humanitar ofis” açacaq. Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas keçirdiyi brifinqdə məlumat verib:

“Avrokomissiya bu gün Venesuelaya 5 milyon avro məbləğində təcili humanitar yardım ayırıb. Bu yardım əhalinin ehtiyacı olan təbəqəsinə veriləcək. Yardımın verilməsini asanlaşdırmaq üçün Karakasda humanitar ofis açılacaq”. 

Qeyd edək ki, AB-nin 28 ölkəsindən 18-i müxalif lider Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.