“Qafqazinfo” xəbər verir ki, BDU tələbələri ənənəvi qazax yeməkləri olan baursak, kazi və s. yeməklərlə bayram süfrəsini bəzədərək əsl Novruz ab-havasını yaradıblar. Tədbirdə "Qazaxıstanda Novruz bayramı necə qeyd olunur?" adlı prezentasiya təqdim olunub. Tədbirə gələn qonaqları “Köktem Tudı" (Bahar gəldi) sözlərilə qarşılayan filologiya fakültəsinin tələbələri Abayın yaz haqqında şeirlərini oxuyublar. Qeyd olunub ki, bu gözəl bayram ənənələrində bir çox oxşar cəhətlərin olması Qazaxıstan və Azərbaycan xalqlarının ortaq tarixi köklərə malik olduğunu göstərir.
Son xəbərlər
Son Xəbərlər