İmkanları getdikcə daha da genişlənən ABB mobile tətbiqində növbəti xidmət təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, indi istifadəçilər ABB mobile-da CONTACT təcili pulköçürmə xidmətindən də faydalana bilərlər.
Belə ki, daha banka gəlmədən cəmi bir neçə toxunuşla başqa ölkələrə pul köçürmək, yaxud göndərilmiş vəsaitləri almaq olar.
Bu imkandan istifadə çox sadə və rahatdır. Üstəlik, ilk 3 ay ərzində köçürmə komissiyası tutulmur.
Xidmətin digər özəllikləri:
-Köçürmə limiti: günlük 1000 USD, aylıq 10.000 USD
-Vəsait qəbulu limiti: günlük 15.000 AZN, aylıq 50.000 AZN
-Əməliyyat tamamlanarkən istifadəçiyə həm tətbiq bildirişi, həm SMS vasitəsilə köçürmə kodu təqdim olunur.
-Vəsaitin qəbulu zamanı hər hansı texniki problem yaranarsa, vəsait avtomatik geri qaytarılır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
Son xəbərlər
Son Xəbərlər