“ABB-Moskva” iqtisadi forumda iştirak edib

abb-moskva-iqtisadi-forumda-istirak-edib
Oxunma sayı: 666

ABB-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “ABB-Moskva” həmçinin tədbirin rəsmi sponsoru rolunda çıxış edib.

Forumda MDB ölkələrindən 700-ə yaxın nümayəndə, MDB-nin İqtisadi Şurasının üzvləri, dövlət qurumlarının rəhbərləri və iş adamları iştirak ediblər.

“MDB çərçivəsində inteqrasiya proseslərinin bank təminatı” adlı məruzə ilə forumda çıxış edən “ABB-Moskva” bankı İdarə Heyətinin sədri Fuad Abdullayev inteqrasiya proseslərində dövlət və özəl bankların vacib və müstəsna rolu barədə danışıb. Forumda həmçinin “ABB-Moskva”nın İdarə Heyəti sədrinin müşaviri Azər Səfərov “İnvestisiya və infrastruktur” mövzusunda çıxış edib.

Forumda “ABB-Moskva”nın rəhbəri Fuad Abdullayev MDB ölkələrinin iqtisadi inteqrasiyasının inkişafına töhfəyə görə fərdi diplomla təltif edilib və “MDB-nin biznes lideri” medalına layıq görülüb.
Nigar Məmmədli