ABB-nin bizneslər üçün xidmət paketləri 50%-dək endirimlə

abb-nin-biznesler-ucun-xidmet-paketleri-50-dek-endirimle
Oxunma sayı: 1105

Sahibkarların etibarlı tərəfdaşı olan ABB yay mövsümündə onlara yeni fürsətlər yaradır.

“Qafqazinfo” xəbər verir ki, bank bizneslər üçün “Yay kampaniyası”na start verib.

1 sentyabra qədər davam edəcək kampaniya dövründə fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin bizneslər üçün xidmət paketlərini 50%-dək endirimlə əldə edə bilərlər.

ABB xidmət paketləri kiçik və orta sahibkarların işini asanlaşdırmaq, onların bank xərclərini azaltmaq məqsədilə hazırlanıb. Bura fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir.

Bu imkandan yararlanmaq üçün xidmət paketləri ABB Business İnternet Bank platforması üzərindən sifariş olunmalıdır.

Xidmət paketlərinin 5 növü var: “Standart”, “Standart+”, “İmtiyazlı”, “Premium” və “Premium+”. Hər bir fərdi sahibkar və hüquqi şəxs xidmət paketlərinin uyğun növünü əldə etmək, eləcə də ətraflı məlumat almaq üçün bankın saytına daxil ola bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.