ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir

ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir
Oxunma sayı: 422

ABB Azərbaycanla ixrac-idxal əməliyyatlarına maraq göstərən Rusiya sahibkarlarının ölkəmizdəki iş adamları ilə əlaqələrinin inkişafına dəstək verir. Bu məqsədlə Bank “Azerbaijan Russian Desk” platformasının imkanlarından istifadə edərək Rusiyadakı törəmə bankı ABB Moskva ilə birgə yeni layihəyə başlayıb. ABB hər iki ölkədən tərəfdaşlıqda maraqlı olan sahibkarları “Azerbaijan Russian Desk” platforması vasitəsilə bir-biri ilə əlaqələndirir. Bu platforma biznes tərəfdaşı axtarışında olan şirkətlərin cəmləşdiyi vahid məlumat bazasıdır. Platformanın yaratdığı imkanlardan istifadə etməklə sahibkarların işgüzar təkliflərinin qarşılıqlı təqdimatına dəstək verilir. Beləliklə, layihə sahibkarların satış şəbəkəsinin genişləndirilməsinə kömək göstərir.

ABB ilə tərəfdaşlıq edən iş adamlarına “Azerbaijan Russian Desk” platformasından istifadə zamanı  xüsusi güzəştlər də tətbiq olunur. Sahibkarlar bununla bağlı ətraflı məlumat üçün suallarını [email protected] ünvanına göndərə bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.