Əməkdar artist Abbas Bağırov Gəncəyə köçüb. “Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə “Zaurla Günaydın” proqramına qonaq olarkən deyib.
O, ailəsi ilə birgə Bakıdan uzaqlaşdığını qeyd edib: “Gəncədə uzun illər yaşamışam, bağçaya, məktəbə orada getmişəm. Ailəvi olaraq Gəncəyə köçmüşəm. İşim olan həftə isə Bakıya gəlirəm. Müəyyən müddət belə olmağını istəyirəm. Bakının tıxacları, bəzi sürücüləri məni əsəbiləşdirir”.
Son xəbərlər
Son Xəbərlər