Abbas Güclü Bakıda olub

abbas-guclu-bakida-olub-
Oxunma sayı: 1146


 “Qafqazinfo” xəbər verir ki, onlar millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq  alim  Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan  torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid  jurnalistlər  Milli Qəhrəmanlar, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət ediblər. Qonaqlar onlarla bağlı ətraflı bilgi verilib.  Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək  üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Türkiyəli  qonaqlara eyni  zamanda  millət  vəkili Qənirə Paşayeva  XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib.  Azərbaycanda tanışlıq səfəri çərçivəsində “Kanal-D”nin populyar “Gənc baxış”  proqramının  aparıcısı  Abbas Güclü və ailəsi, bir qrup ziyalı dostları ilə bərabər  Dövlət İncəsənət Muzeyinin həyətində qoyulmuş “Güllələnmiş heykəlləri” də ziyarət ediblər.