Abbas İbrahimov yenidən sədr təyin edildi

abbas-ibrahimov-yeniden-sedr-teyin-edildi
Oxunma sayı: 5295

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermə qiyabi olub.

Toplantıda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2020-ci il üzrə maliyyə hesabatı təsdiqlənib. Bankın yeni inkişaf strategiyasının icrası nəticəsində son illərdə kapital mövqeyi, maliyyə dayanıqlılığı və mənfəətliliyi təmin edilib. 2020-ci ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb və ötən ilin mənfəətindən 127 milyon manat dividendin ödənilməsinə qərar verilib.

Eyni zamanda Abbas Məmmədəli oğlu İbrahimov növbəti 3 il müddətinə yenidən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri təyin edilib.