Abbasovdan məğlubiyyət şərhi

abbasovdan-meglubiyyet-serhi
Oxunma sayı: 1881

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Abbasov, 0:2 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. Rəqib asan qollar vurdu. Gözlədiyimiz hücumdan qol buraxdıq. İkinci qolu da tez buraxdıq və nəticəni dəyişə bilmədik. Sanki bir qol vura bilsəydik, çevriliş edə bilərdik. Elə komandayıq ki, bura çətinliklə gəlib çatmışdıq. Üçüncülüyü qazanmaq bizim üçün çətin idi. Komanda inkişaf edir. Səhvlərimiz var və onları düzəltməyə çalışırıq. Belə oyunlarda təcrübə lazımdır. Bu rəqibi keçmək olardı. Tez qol buraxmasaydıq, oyunun axarı başqa cür olardı. Bizim üçün bitdi, lakin ruhdan düşməyəcəyik. Daha da istəkli olmalıyıq. Qarşıda bizi çətin marafon gözləyir. Avropada ilkə imza atacağıma inanırdım, əfsuslar olsun ki, alınmadı. Heyətimizin güclənməyə ehtiyacı var. Bəzi mövqelərdə çatışmazlıqlar var. Önümüzə baxacağıq”.