Abbasqulu Kazımzadənin məzarı tapıldı - Foto

abbasqulu-kazimzadenin-mezari-tapildi
Oxunma sayı: 2812

Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, Müsavat Partiyasının qurucularından olan Abbasqulu Kazımzadənin məzarı tapılıb. 

“Qafqazinfo xəbər verir ki, məzarı uzun araşdırmalardan sonra jurnalist Dilqəm Əhməd tapıb. O bildirib ki, Abbasqulu bəyin məzar yerini dəqiqləşdirmək üçün Ankaraya gedib.

Daha sonra məzarın Kazımzadəyə aid olduğu təsdiqlənib. Qeyd olunub ki, məzar Əsri qəbiristanlığındadır.

Abbasqulu Kazımzadə Cümhuriyyətin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin yaxın dostu və silahdaşı hesab olunur.