Abbaszadə sualları cavablandıracaq- - Abituriyentlərin nəzərinə

abbaszade-suallari-cavablandiracaq-
Oxunma sayı: 771


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15:00-da başlanacaq.

“Qafqazinfo”nun məlumatına görə, videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn rejimdə iştirak edə bilərlər.

Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur. Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeyd olunan şəhərlərdə yerləşən ünvanlarına müraciət edə bilərlər.

Gəncə şəhəri: Əhməd Cəmil küçəsi, ev 1

Mingəçevir şəhəri: Vəli Hüseynov küçəsi, 4

Lənkəran şəhəri: Heydər Əliyev küçəsi, 1

Sumqayıt şəhəri: Heydər Əliyev prospekti, 4

Şəki şəhəri : M.Ə.Rəsulzadə küçəsi, 156 A

Şirvan şəhəri : M.Ə.Rəsulzadə küçəsi, 1

Şərur şəhəri: Heydər Əliyev prospekti, 37A

Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı, onları maraqlandıran suallar da cavablandırılacaq.

“Qafqazinfo”