Abdijamil Nurpeisov vəfat etdi

abdijamil-nurpeisov-vefat-etdi
Oxunma sayı: 2686

Tanınmış qazax yazıçısı və tərcüməçisi Abdijamil Nurpeisov 97 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə respublika parlamentinin (aşağı palata) deputatı Janarbek Aşimjanov məlumat yayıb.

Nasir və tərcüməçi Abdijamil Nurpeisov 1924-cü il oktyabrın 22-də anadan olub. Onun “Qan və tər” tarixi trilogiyası 1974-cü ildə SSRİ Dövlət mükafatına layiq görülüb.

Aral dənizinin ekoloji problemindən bəhs edən “Son vəzifə” roman-dilogiyası və “Kürlənd” romanı da yazıçıya şöhrət gətirib. Milli ədəbiyyatın inkişafındakı xüsusi xidmətlərinə görə yazıçı 2019-cu ildə “Qazaxıstanın əmək qəhrəmanı” adına layiq görülüb.

Nurpeisov tərcüməçi kimi də tanınır. O, Anton Çexovun, Maksim Qorkinin hekayələrinin və başqa yazıçıların əsərlərini qazax dilinə çevirib.