Abdin Fərzəliyev sakinlərlə görüş keçirdi

abdin-ferzeliyev-sakinlerle-gorus-kecirdi
Oxunma sayı: 983

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rayonun səhiyyə, təhsil, mədəniyyət, xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin 150 nəfərə qədər sakinin iştirak etdiyi qəbulda icra başçısı Abdin Fərzəliyev respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb. 

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, həmçinin geniş müzakirələr aparıb. 

Səyyar qəbulda çıxış edən sakinlərin təbii qaz, elektrik enerjisi və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və s. məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb.

Sonda rayon icra hakimiyyətinin başçısı A.Fərzəliyev sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.