Abdin Fərzəliyev sakinlərlə görüşdü - Fotolar

abdin-ferzeliyev-sakinlerle-gorusdu
Oxunma sayı: 1085

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, qəbulda RİH-in məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri  üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

İcra başçısı Abdin Fərzəliyev giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.

Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə müvafiq izahatlar verilib, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.