Abdolbari Gozal sədr seçildi

Abdolbari Gozal sədr seçildi
Oxunma sayı: 3960

Kənd Təsərrüfatı Nazirliyində aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin iştirakı ilə toplantı keçirilib. Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, toplantının keçirilməsində məqsəd aqrar sahənin inkişafını əngəlləyən amilləri dəyərləndirmək, təkliflər irəli sürməkdir.

Toplantıda iştirak edən “Azərsun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”,  “AS Group İnvestment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group”, “Səba Qrup” şirkətlərinin rəhbər şəxsləri aqrar sahənin inkişaf istiqamətlərini  müzakirə edib, müştərək tədbirlər həyata keçirmək barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar sahədə ixtisaslaşmış iri sahibkarlıq subyektlərinin iştirakı ilə Aqrar Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Nazir İnam Kərimov bu təşəbbüsü dəstəkləyib və bildirib ki, belə bir qurumun təsis olunması  sahibkarların üzləşdiyi problemləri dinləməyə, təklifləri sistem şəklinə salmağa, onların həllinə nail olmağa imkan verəcək.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib. İştirakçıların yekdil qərarı ilə “Azərsun Holding”in prezidenti Abdolbari Gozal Şuranın sədri, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə Katibliyin rəhbəri seçilib.

Katiblik tərəfindən Aqrar Məşvərət Şurasının Əsasnaməsi yaxın bir ay ərzində hazırlanacaq. Razılaşmaya əsasən, yeni yaradılan qurumun iclasları ayda bir dəfə keçiriləcək.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi