Abdulbari Gözəldən Qarabağ qazisinə böyük - Jest

abdulbari-gozelden-qarabag-qazisine-boyuk
Oxunma sayı: 2827

Bu gün “Qafqazinfo”da Qarabağ müharibəsi veteranı, II qrup əlil Müslüm Məmmədovun ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı məlumat yayılmışdı. Məlumatda qeyd olunurdu ki, qazi dörd ildir Hepatit-C virusuna yoluxub, qara ciyərin ağır formada serrozundan əziyyət çəkir:

“Dəfələrlə İran və Türkiyədə müalicə alıb. Buna baxmayaraq səhhəti günü-gündən ağırlaşır. Həkimlər indi onun həyatının təhlükədə olduğunu bildirirlər. On gün müddətində qara ciyər köçürülməsə Müslüm Məmmədov həyatını itirə bilər”.

Xəbər saytımızda yayımlanandan sonra “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl qaziyə yardım edəcəyini açıqlayıb. Şirkətdən “Qafqazinfo” ilə əlaqə saxlanılıb və Abdulbarı Gözəlin qaziyə kömək etmək istədiyini bildiriblər.

Məsələ ilə bağlı Müslüm Müseyibov da “Qafqazinfo”ya açıqlama verib. O deyib ki, bu gün ona “Azersun” Holdinqdən zəng vurublar:” Mənə dedilər ki, imkan olan qədər sizə yardım edəcəyik. Həftənin birinci günü onların nümayəndəsi ilə görüşəcəm. Görüşdə yardım məsələsi müzakirə ediləcək”.