“Bəzi mətbuat orqanlarında qeyd etdiyiniz həbsin “Azərsun Holdinq” İdarə Heyətinin sədri cənab Abdulbari Gözəl ilə hər hansı əlaqəsi olması barədə yazılanlar, irəli sürülən iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Bu həbsin cənab Abdulbari Gözələ heç bir aidiyyatı və bağlılığı yoxdur. Abdulbari Gözəlin AMAY. Şirkətlər Qrupunun rəhbəri Abdulla Abdullayevlə heç bir görüşü və tanışlığı olmayıb və onun tərəfindən hüquq-mühafizə orqanlarına və məhkəməyə Abdulla Abdullayevlə bağlı heç bir müraciət, şikayət edilməyib. Bir vicdanlı iş adamı heç bir zaman başqa bir iş adamının çətinliklərlə üzləşməsini istəməz, belə məsələ hər kəsin başına gələ bilər. Həbsin səbəbləri barədə Baş Prokurorluq tərəfindən bir neçə gün bundan əvvəl yayınlanmış açıqlama da bu məsələnin Abdulbari Gözələ aidiyyatının olmadığını göstərir. Dəyərli mətbuat nümayəndələrini isə məsələlərə daha obyektiv yanaşmağa, şirkətimizin və onun rəhbərinin adını əsassız şəkildə bu cür xoşagəlməz hadisələrdə hallandırmamağa çağırırıq”.
Son xəbərlər
Son Xəbərlər