Abdulla Avcı AFFA-nın təklifini qəbul etmədi

abdulla-avci-affa-nin-teklifini-qebul-etmedi
Oxunma sayı: 1117

Türkiyəli məşqçi Abdullah Avcının Azərbaycan millisinin baş məşqçi postuna ən real namizəd olduğunu və AFFA-nın ona təklif göndərdiyini xəbər vermişdik.

“Qafqazinfo”nun məlumatına görə, o, bu təklifi qəbul etməyib. 

Məlumatı “TRT Spor” yayıb. Bildilir ki, Avcı milli komanda çalışdırmaq istəmədiyini və bir müddət istirahətə ehtiyacı olduğunu deyərək təklifdən imtina edib.