Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbəər görə, forumda Abdulla Gülün “Yeni dünya düzəninin başlıca problemləri” mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub. 2014-cü ildən Mərkəzə üzv olan Abdulla Gül Azərbaycanda dünyanın nüfuzlu ictimai-siyasi liderlərinin birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirir. A.Gülün fikrincə, bu, təkcə Azərbaycanın deyil, eyni zamanda bütün türk dünyasının bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarının tapılmasında iştirakını təmin edə bilər.
Qeyd edək ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda nüfuzlu siyasətçilər yeni dünyanın idarə edilməsi strategiyasının müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparacaq. Müzakirələrdə onlarla ölkənin hazırkı və sabiq prezidenti, dövlət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, ekspert, elm adamları iştirak edəcək.
Son xəbərlər
Son Xəbərlər