“Qafqazinfo” xəbər verir ki, mərasimdən əvvəl Türkiyənin keçmiş Prezidenti Abdulla Güllə görüşən QMİ sədri A. Paşazadə Azərbaycan-Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlığın dərinləşdirilməsi yönündə qonağın səylərini yüksək qiymətləndirib. Azərbaycanda keçirilən qlobal əhəmiyyətli tədbirdə qardaş Türkiyə dövlətinin nüfuzlu dövlət xadiminin iştirakını mühüm sayan QMİ sədri turk-İslam birliyinin ümumi mənafeləri üçün dəyərli hal kimi səciyyələndirib.
A. Gül öz növbəsində, Şeyxülislamla Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Son xəbərlər
Son Xəbərlər