Abdullah Gül baş nazirin mitinqinə qatılmayacaq

abdullah-gul-bas-nazirin-mitinqine-qatilmayacaq
Oxunma sayı: 765

Türkiyədə aprelin 16-da keçiriləcək referendum seçkiləri ilə bağlı baş nazir Binəli Yıldırım sabah Kayseri şəhərində mitinq təşkil edəcək.

“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi məlumata görə, Kayseridən olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül mitinqə qatılmayacaq. 

Sabiq prezidentə yaxın mənbələrin verdiyi məlumata görə, A. Gül siyasi proqramlarda iştirak etməmək qərarına gəlib.