"Qafqazinfo"nun məlumatına görə, qonaq əvvəlcə Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olub. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, ölkə tarixində xidmətlərini, həyata keçirdiyi beynəlxalq miqyaslı layihələri özündə əks etdirən foto və videomateriallara, eksponatlara baxıb.
Abdullah Gül, həmçinin ölkəmizin tarixini və mədəni irsini əks etdirən “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgilərinə baxıb, eləcə də Mərkəzin qeyri-adi gözəlliyə və akustikaya malik Auditorium zalında olub.
Türkiyənin sabiq Prezidenti Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Son xəbərlər
Son Xəbərlər