Abdullah Güldən emosional çıxış - “7 il onların prezidenti olmuşam”

abdullah-gulden-emosional-cixis
Oxunma sayı: 9724

Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gül də hərbi çevriliş haqda fikirlərini bildirib.

Qafqazinfo” xəbər verir ki, CNN Türk-ün efirindəki emosional çıxışı zamanı sabiq dövlət başçısı bunları deyib:

“Türkiyə bir latın və ya Afrika ölkəsi deyil. Bu, bir sınaq günüdür. Küçələrə çıxan əsgərlərə bunu demək istəyirəm- Onların düz 7 il prezidenti olmuşam. Yanlış içində olanlar, millətlə, xalqla qarşı-qarşıya gəlməsinlər. Türkiyə xaos içinə girməsin. Yaralı, ölü olmasın. Xalqıma da, vətəndaşıma da xatırladıram ki, bu gün demokratiyaya sahib çıxmaq günüdür. Türkiyə təkrar demokratiyanı yaradacaq, buna inancım tamdır”.