Abdullah Gülün keçmiş məsləhətçisi tutuldu

abdullah-gulun-kecmis-meslehetcisi-tutuldu
Oxunma sayı: 726

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün keçmiş məsləhətçisi Ayşə Yılmaz FETÖ istintaqı çərçivəsində tutulub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, A.Yılmaz “Terror təşkilatına üzv olmaq” maddəsi ilə həbs edilib.

Ankara 3-cü Sülh Cəza Məhkəməsində sorğu-sual olunan Yılmaz ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Yılmaz ifadə verdikdən sonra şərti azadlığa buraxılması haqqında qərar çıxarılıb.

Lakin, prokuror Yılmazın sərbəst buraxılmasına etiraz edib. Etirazı qiymətləndirən Ankara 4-cü Sülh Cəza Məhkəməsi etirazın yerində olduğunu bildirib və Ayşə Yılmaz barəsində saxlanma qərarı verib.