İsveçrənin Sürix şəhərində hazırda davam edən növbədənkənar konqresdə FİFA-nın yeni prezidenti müəyyənləşəcək.
“Qafqazinfo” xəbər verir ki, artıq seçkilərə start verilib. AFFA prezidenti Rövnəq Abdullayevin də iştirak etdiyi toplantıda səsvermədə federasiyanın baş katibi Elxan Məmmədov ölkəmizin adına seçim edib.
Qeyd edək ki, AFFA bir neçə həftə öncə seçkilərdə Canni İnfantinonu dəstəklədiyini bəyan etmişdi.
Son xəbərlər
Son Xəbərlər