Abe ilə Putinin görüş tarixi açıqlandı

abe-ile-putinin-gorus-tarixi-aciqlandi
Oxunma sayı: 941

Yaponiyanın xarici işlər naziri Taro Kono baş nazir Sindzo Abe ilə Rusiya prezidenti Vladimir Putinin görüş tarixini açıqlayıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, rus-yapon sammiti yanvarda təşkil ediləcək. Putinlə Abenin görüşü isə yanvarın 22-də keçiriləcək.

Görüşün əsas mövzusu Cənubi Kuril adaları ilə bağlı olacaq.