“Qafqazinfo”ya daxil olan məlumata görə, qızıl medal sahibi Ayxan Mamayev universitetin tətbiqi-riyaziyyat və kibernetika fakütəsinin məzunu, gümüş medalçı Fəridə Abiyeva isə filologiya fakültəsinin 2-ci kurs tələbəsidir.
Tədbirdə çıxış edən rektor Abel Məhərrəmov oyunlarda 250 istiqamət üzrə 3000 universitet könüllüsünün fəaliyyət göstərdiyini diqqətə çatdırıb, qızıl medal sahibi Ayxan Mamayevi və Fəridə Abiyevanı təbrik edərək onlara gələcək həyatlarında və yarışlarda uğurlar arzulayıb.
Ayxan Mamayevin final görüşü izlənildikdən sonra rektor iştirakçılara universitetin xatirə hədiyyələrini təqdim edib.