Abel Məhərrəmovun Facebook statusu - - Yenilənib

abel-meherremovun-facebook-statusu-
Oxunma sayı: 4766


Hafta.az xəbər verir ki, onların aksiya keçirməsinə səbəb universitetin rektoru Abel Məhərrəmovun sosial şəbəkə vasitəsi ilə yazdığı aşağıdakı cümlə olub: “Bu ildən etibarən kəsri olan tələbələr alt qruplarda oturmaq üçün əlavə ödəniş ödəməli olacaqlar.”

Universitetin tələbələri isə buna etiraz əlaməti olaraq 3 fevral saat 12:00-da aksiya keçirəcəklərini bildiriblər. Məsələ ilə bağlı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovla əlaqə saxladıq. O bildirdi ki, bu qərarın verilməsi hələ dəqiq deyil: "Məsələ ilə bağlı hələ konkret məlumat yoxdur. Bununla bağlı hansısa qərar qəbul olunsa və bizə məlumat verilsə mətbuata açıqlayacağıq. Tələbələri isə narahat olmamağa çağırıram. BDU daxilində bütün tələbələrin problemlərinə baxılıb həll olunur.”

***

Bu gün BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmovun facebookda yazdığı statusun tələbələr arasında narazılığa səbəb olduğu haqda məlumat yayılmışdı. “Qafqazinfo” xəbər verir ki, rektor Abel Məhərrəmovun facebook səhifəsində bu ildən etibarən kəsiri olan tələbələrin alt qruplarda oturmaq üçün əlavə ödəniş ödəməli olacaqlarını bildirlib. 

BDU-nun Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova məsələ ilə bağlı “Qafqazinfo” ya açıqlama verib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, həmin səhifə Abel Məhərrrəmova aid deyil: “Bu saxta profildir”