Abeni qətlə yetirən şəxsin evindən partlayıcı qurğu tapıldı

abeni-qetle-yetiren-sexsin-evinden-partlayici-qurgu-tapildi
Oxunma sayı: 1707

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni qətlə yetirən Teçuya Yamaqaminin evindən partlayıcı qurğu aşkar olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “NHK” telekanalı yayıb. 

Məlumata görə, yaxınlıqdakı insanlardan ərazini tərk etmələri tələb olunur. 

Hazırda polis qurğunun həqiqətən də partlayıcı olub-olmamasını araşdırır.

Xatırladaq ki, bu gün səhər Nara şəhərində Ş.Abeyə qarşı silahlı hücum olub. Xəstəxanaya çatdırılan sabiq Baş nazirin həyatını xilas etmək mümkün olmayıb.