Abışovun komandasından sərfəli nəticə

abisovun-komandasindan-serfeli-netice
Oxunma sayı: 1012


“Qafqazinfo” xəbər verir ki, milli komandamızın üzvü Ruslan Abışovun da formasını geyindiyi “Rubin” İspaniyada “Real Betis” səfərinə çıxıb və 1-1 hesablı heç-heçə əldə edib. Hesabı 3-cü dəqiqədə “Real Betis”in futbolçusu Didaç Vila açsa da, 74-cü dəqiqədə Roman Yeremenko penaltidən bərabərlik qolunu vurub. Bu nəticə “Rubin” üçün əlverişli sayıla bilər. Fevralın 27-də keçiriləcək cavab qarşılaşmasında “Rubin”ə növbəti mərhələyə adlamaq üçün qolsuz bərabərlik də bəs edir.

 Dünən qeydə alınan digər nəticələr isə belədir:

“Anji”0-0 “Genk”

“Çernomorets” 0- “Lion”

“Dnepr” 1-0 “Totenhem”

“Dinamo Kiev” 0-2 “Valensiya”

“Esbyerq” 1-3 “Fiorentina”

“Yuventus” 2-0 “Trabzonspor”

“Liberec” 0-1 “Az Alkmar”

“Paok” 0-1 “Benfika”


“Ayaks” 0-3 “Zalsburq”

“Porto” 2-2 “Ayntraxt Frankfurt”

“Latsio”1-0 “Ludoqorets”

“Makkabi” 0-0 “Bazel”

“Maribor”2-2 “Sevilya”

“Suonsi” 0-0 “Napoli”

“Viktoriya Plzen”1-1 “Şaxtyor Donetsk”


İqbal