Abituriyent Məsləhət Mərkəzi həftəsonunda da fəaliyyət göstərəcək

abituriyent-meslehet-merkezi-heftesonunda-da-fealiyyet-gosterecek
Oxunma sayı: 731

Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi şənbə və bazar günləri də işini davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, abituriyentlər və subbakalavrlar ixtisas seçimi günlərində elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında texniki dəstək və məsləhət xidməti üçün mərkəzə müraciət edə biləcəklər.

Qeyd edək ki, mərkəz, 2018-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılıb və artıq 5 ildir ki, fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71.

Tel.: (+99412) 431 41 17, 055 220 40 58