Abituriyentlər ASAN Xidmətin ofisində imtahan verəcək

abituriyentler-asan-xidmetin-ofisinde-imtahan-verecek
Oxunma sayı: 1045


“Qafqazinfo”nun məlumatına görə, bu barədə komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O, qeyd edib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada keçiriləcək. 
 
Bu il əlil abituriyentlər üçün də yenilik edilib. Belə ki, bu abituriyentlər 1 saylı ASAN Xidmətindəki auditoriyalarda imtahan verəcəklər.