“Abituriyentlər və valideynlərinin testdən keçməsi haqda tələb yoxdur” - Video

“Abituriyentlər və valideynlərinin testdən keçməsi haqda tələb yoxdur”
Oxunma sayı: 1015

“Mütəxəssislər tərəfindən imtahanların keçirilməsi zamanı tətbiq ediləcək qaydalar hazırlanıb”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, bu qaydalarda imtahanların hansı şəraitdə keçirilməsi, valideynlərin övladlarını gözlədikləri zaman məsafə saxlamaları nəzərdə tutulub: “Lakin abituriyentlər və onların valideynlərinin koronavirus testindən keçməsi haqda tələb yoxdur. Xəstəlik əlamətləri olan vətəndaşlar və virusa yoluxmuş şəxslə ünsiyyətdə olanlar test olunur”. 

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, imtahanlarda giriş yerlərində abituriyentlərin temperaturu ölçülə bilər.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi