Abituriyentlərin nəzərinə!

abituriyentlerin-nezerine
Oxunma sayı: 1868

Xəbər verdiyimiz kimi, Azərbaycan  Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq edilib.

Məlumat üçün bildiririk ki, iqtisadi rayonların yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya bildirilib. Qeyd edilib ki, Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü növbəti illərdə dərsliklərə salındıqdan sonra qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə ediləcək.

Azərbaycan iqtisadi rayonlarının yeni bölgüsü ilə buradan tanış ola bilərsiniz.