Abituriyentlərin nəzərinə- Sənəd qəbulu

abituriyentlerin-nezerine-sened-qebulu
Oxunma sayı: 2531

1. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu “Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”na uyğun olaraq internet vasitəsilə aparılır.

Abituriyentlər aprelin 10-dan mayın 16-dək elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

2. Qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu aşağıdakı qaydada aparılır:

– Abituriyent TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/ali2012) daxil olur və şəxsiyyəti təsdiq edən sənədindən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə oradakı "Abituriyentin elektron ərizəsi" formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar



Bundan sonra abituriyent tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etdirir.



2.1. Ümumi təhsil müəssisələrini 2012-ci ildə bitirən abituriyentlər ərizələrini aşağıdakı təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:



Bakı şəhəri:



Binəqədi rayonu 248 saylı məktəb

(İ. Dadaşov küçəsi,70, tel.: 561-45-83);

Binəqədi rayonu 115 saylı məktəb

(Azadlıq prospekti 183, tel.: 569-04-94);

Binəqədi rayonu 297 saylı məktəb

(Y. Hüseynov küçəsi, 7-ci döngə, tel.: 406-69-84,

406-29-97);

Xətai rayonu 95 saylı məktəb

(Qaçaq Nəbi küçəsi, 13, tel.: 375-18-33, 570-51-06) ;

Xətai rayonu 58 saylı məktəb

(A.Novruzov küçəsi, 31, tel.: 424-82-35, 424-83-56);

Xətai rayonu 249 saylı məktəb

(Gəncə prospekti 14, tel.: 579-37-06, 471-20-60);

Xəzər rayonu 136 saylı məktəb

(Binə qəsəbəsi H. Hasilov küçəsi,1, tel.: 456-25-35);

Qaradağ rayonu 139 saylı məktəb

(Lökbatan qəsəbəsi N.Gəncəvi küçəsi, 1, tel.: 445-21-93);

Nəsimi rayonu 19 saylı məktəb

(A.Mustafayev küçəsi, 20, tel.: 569-62-71);

Nəsimi rayonu 151 saylı məktəb

(Dağıstan küçəsi, 36, tel.:440-28-68, 440-66-62);

Nizami rayonu 220 saylı məktəb

(E.Süleymanov küçəsi, 120, tel.:422-14-56);

Nizami rayonu 10 saylı məktəb

(İ.Məmmədov küçəsi, 9, tel.:570-41-20);

Nərimanov rayonu 47 saylı məktəb

(Azadlıq prospekti 139, tel.: 440-93-01, 440-96-25);

Nərimanov rayonu 193 saylı məktəb

(H.X.Məmmədov küçəsi, 11, tel.: 567-99-44, 566-69-02);

Səbail rayonu 190 saylı məktəb

(N.Rəfibəyli küçəsi, 8, tel.: 492-48-74);

Səbail rayonu 51 saylı məktəb

(20-ci sahə, Ö.F.Nemanzadə, 3, tel.: 581-22-50, 581-51-94);

Sabunçu rayonu 307 saylı məktəb

(Zabrat qəsəbəsi, Axundov küçəsi, 55, tel.: 550-01-92,

550-01-94);

Sabunçu rayonu 94 saylı məktəb

(Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi, 9,

tel.:428-47-08, 428-54-09);

Suraxanı rayonu 85 saylı məktəb

(Suraxanı qəsəbəsi 5-ci mədən, X.Ələkbərov küçəsi, 18,

tel.: 452-14-07);

Suraxanı rayonu 285 saylı məktəb

(Günəşli qəsəbəsi “Q” yaşayış massivi, S.Cəfərov küçəsi,

tel.: 477-02-85);

Yasamal rayonu 13 saylı məktəb

(A.Şərifzadə küçəsi,173, tel.: 432-89-81);

Yasamal rayonu 225 saylı məktəb

(Ə.Ələkbərov küçəsi, 507/511 məhəllə, tel.: 538-11-84, 538 31-61).

Digər rayonlar (şəhərlər):

Rayon (şəhər) təhsil şöbələri.



2.2. Ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər, ali və orta ixtisas təhsili müəssisələrinin məzunları, ilk peşə - ixtisas təhsili müəssisələrində tam orta təhsilini başa vurmuş və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan şəxslər ərizələrini aşağıdakı ali təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:



Bakı Dövlət Universiteti

(Bakı ş., Z.Xəlilov küçəsi, 23);

Azərbaycan Texniki Universiteti

(Bakı ş., H.Cavid prospekti, 25);

Azərbaycan Dövlət Pedaqoji Universiteti

(Bakı ş., Ü.Hacıbəyov küçəsi, 34);

Azərbaycan Turizm İnstitutu

(Bakı ş., Koroğlu Rəhimov küçəsi, 822/823-cü məhəllə);

Azərbaycan Müəllimlər İnstitutu

(Bakı ş., Akademik H.Əliyev küçəsi,104);

Qafqaz Universiteti

(Sumqayıt şossesi 16-cı km);

Xəzər Universiteti

(Bakı ş., Məhsəti küçəsi,11);

“Azərbaycan” Universiteti

(Bakı ş., Yasamal r-nu, General A.Abbasov prospekti, 84 – Lider TV-nin yaxınlığında);

Bakı Biznes Universiteti

(Bakı ş., H.Zərdabi küçəsi,88);

Azərbaycan Dövlət Aqrar Universiteti

(Gəncə ş., Atatürk prospekti, 262);

Gəncə Dövlət Universiteti

(Gəncə ş., Ş.İ.Xətai prospekti, 187);

Azərbaycan Texnologiya Universiteti

(Gəncə ş., H.Əliyev prospekti, 103);



TQDK-nın Naxçıvan MR Regional Bölməsi

(Naxçıvan ş., Nizami küçəsi, 10);

Sumqayıt Dövlət Universiteti

(Sumqayıt ş., 43-cü məhəllə);

Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı

(Sumqayıt ş., 16-cı məhəllə, 38”a”);

TQDK-nın Lənkəran Regional Bölməsi

(Lənkəran ş., H.Aslanov xiyabanı 52);

Mingəçevir Politexnik İnstitutu

(Mingəçevir ş., D.Əliyeva küçəsi, 21);

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı

(Mingəçevir ş., H.Əliyev prospekti, 51);

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı

(Şəki ş., M.Rəsulzadə prospekti, 305);

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı

(Qazax ş., H.Əliyev prospekti, 150);

Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı

(Ağcabədi ş., M.Rəsulzadə prospekti, 210);

Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı

(Cəlilabad ş., M.Hüseyn küçəsi, 20);

Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı

(Quba ş., Fətəlixan küçəsi, 4);

Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı

(Salyan ş., B.Talıblı küçəsi, 1);

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı

(Şamaxı ş., Şəhriyar qəsəbəsi, Azadlıq küçəsi, 1);

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı

(Zaqatala ş., Əzizbəyov küçəsi, 4).



2.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, həm¬çi¬nin 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:

TQDK (Bakı ş., Akademik H.Əliyev küçəsi, 17);

TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

TQDK-nın Quba Regional Bölməsi (Quba ş., Fətəlixan küçəsi, 8);

TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182).

Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Qazax Rayon Təhsil Şöbəsində yaradılmış SQK-da təsdiq etdirə bilərlər.



3. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul ol¬maq istəyənlər müvafiq təhsil müəssisəsində yaradılmış SQK-ya 4-cü bənddə qeyd olunan sənədlərlə yanaşı sağ¬lam¬lıq və fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər.



4. Abituriyentlər ərizələrini təsdiq etdirmək üçün SQK ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- tam orta, orta ixtisas və ya ali təhsili haqqında sənədi:

a) əvvəlki illərin məzunları sənədin əslini;

b) cari ilin məzunları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış sinfində (kursunda) oxuduqlarını təsdiq edən arayışı (Əlavə 3), (16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan abituriyentlərə verilən arayışa (Əlavə 4), abituriyentin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

c) ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı (Əlavə 5);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şəxslər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.



Ali və ya orta ixtisas təhsili olan abituriyentlər yuxarıda qeyd olunan sənədlərlə yanaşı aşağıdakıları da SQK-ya təqdim etməlidirlər:

- təhsil aldıqları müəssisə tərəfindən verilən və ali (orta ixtisas) təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (Əlavə 6);

- attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və attestat qiymətləri göstərilən arayışı (Əlavə 7).



Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yuxarıda qeyd olunan sənədlərlə yanaşı, onların notarial qaydada təsdiq edil¬miş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.



5. 1977-1994-cü il təvəllüdlü (1994-cü il iyulun 30-na qə¬dər anadan olmuş) 35 yaşınadək olan çağrışçıların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.



Ümumi təhsil müəssisələrinin 2012-ci il məzunlarından möhlət haqqında arayış tələb olunmur.

Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin çağırış yaşlı vətəndaşlarının hərbi sənədlərində müvafiq qeydiyyat onların daimi yaşayış yerlərinin hərbi komissarlıqları tərəfindən aparılır.



6. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdirdikdən sonra, mayın 1-dən 18-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.



Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri”ndə və “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri”ndə verilmişdir.



. Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” ixtisasına 23 yaşına çatmamış oğlan abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasına isə 23 yaşına çatmamış həm oğlan, həm də qız abituriyentlər ərizə verə bilərlər.



Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizələrini təsdiq etdirmək üçün sənədlərini bilavasitə bu təhsil müəssisəsində yaradılmış SQK-ya təqdim edib, xüsusi tibbi müayinədən keçirlər. Bu ixtisaslarda təhsil almaq istəyən abituriyentlər xüsusi tibbi müayinədən əlavə “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrindən keçməlidirlər. Müayinə və müsabiqələrdən müvəffəqiyyətlə keçən abituriyentlər ərizələrini Milli Aviasiya Akademiyasında yaradılmış SQK-da təsdiq etdirirlər.



8. Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi”, “Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisaslarında yalnız oğlan abituriyentlər təhsil ala bilərlər.



9. Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisasında 15.09.2012-ci il tarixinədək 17 yaşı tamam olan, lakin 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları olan oğlanlar təhsil ala bilərlər. Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər aprelin 1-dən mayın 30-na qədər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, bundan sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəssisəsində hərbi həkim komissiyasından keçməlidirlər.

Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən abituriyentlər ərizələrini komissiyadan keçdikləri təhsil müəssisəsində yaradılmış SQK-larda təsdiq etdirirlər.



10. Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdirdikdən sonra iyunun 16-dan 25-dək bu təhsil müəssisəsində dini-psixoloji komissiyadan keçməlidirlər.



11. Azərbaycan Dillər Universitetinin ixtisaslarında (“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı müəllimliyi)”, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “İbtidai sinif müəllimliyi” və “Beynəlxalq münasibətlər” ixtisasları istisna olmaqla) təhsil almaq istəyən abituriyentlərin imta¬han verəcəyi xarici dil seçiminə aşağıdakı məhdudiyyətlər qoyulur:

- “Xarici dil müəllimliyi (alman dili)”, “Tərcümə (alman dili)”, “Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)”, “Regionşünaslıq (Almaniya üzrə)” və “Filologiya (alman dili və ədəbiy¬yatı)” ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi alman dilini seçməlidirlər;

- “Xarici dil müəllimliyi (fransız dili)”, “Tərcümə (fransız dili)”, “Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)”, “Regionşünaslıq (Fransa üzrə)” və “Filologiya (fransız dili və ədəbiyyatı)” ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi fransız dilini seçməlidirlər;

- digər ixtisaslarda təhsil almaq istəyən abituriyentlər isə imtahan verəcəyi xarici dil kimi ingilis dilini (“Regionşünaslıq (Ərəb ölkələri üzrə)” ixtisasında ingilis və ya ərəb dilini) seçməlidirlər.



Xəzər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” və “Tərcümə (ingilis dili)” ixtisaslarında təhsil almaq istəyən abituriyent¬lər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.



Azərbaycan Diplomatik Akademiyasının “Beynəlxalq münasibətlər” və “Biznesin idarəedilməsi” ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.



12. Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.



İmtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2012-ci il mayın 13-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 24-də isə yalnız Bakı şəhərində keçirilir. Mayın 13-də keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrini mayın 4-dən gec olmayaraq müvafiq SQK-da təsdiq etdirməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.



Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün müəyyən olunmuş tarixlərdə iş nömrəsindən və şifrdən istifadə etməklə internet vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.

Abituriyent imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:

- İmtahana buraxılış vərəqəsini;

- Şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı.



13. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və Şəki şəhərlərində keçirilir.

Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasında yaşayan və orada yaradılmış SQK-larda ərizələrini təsdiq etdirən abituriyentlər imtahan verirlər.



14. Qəbul imtahanında iştirak etmək üçün abituriyentlər müəyyən olunmuş tarixlərdə iş nömrəsindən və şifrdən istifadə etməklə internet vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.



Abituriyent qəbul imtahanına gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:

- İmtahana buraxılış vərəqəsini;

- Şəxsiyyəti təsdiq edən sənədin əslini;

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (Əlavə 4).



15. İmtahanda abituriyentlərə ixtisas qrupları üzrə hər bir fəndən 25 test tapşırığı təqdim olunur. Hər ixtisas qrupunda iki fənn üzrə son 5 sual açıq tipli test tapşırıqlarıdır. İxtisas qrupları üzrə bu fənlər aşağıdakılardır:

I – riyaziyyat, fizika;

II – riyaziyyat, coğrafiya;

III – riyaziyyat, tarix;

IV – riyaziyyat, kimya.



Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 3 saat vaxt ayrılır.



16. Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar üzrə internet vasitəsilə ixtisas seçimi aparılır. İxtisasları seçib müsabiqədə iştirak etmək üçün abituriyentin topladığı ümumi bal ilə yanaşı, onun imtahan verdiyi hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı da TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:

- III ixtisas qrupunda müsabiqəyə ümumi balı 300-dən, digər qruplarda isə 250-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Regionşü¬naslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentin xarici dil fənni üzrə nisbi balı 40-dan az olmamalıdır).

- Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Region¬şü¬naslıq (regionlar üzrə)” ixtisasları istisna olmaqla).

- Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarının müsabiqəsində abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

- Azərbaycan Diplomatik Akademiyasının ixtisaslarının müsabiqəsində ümumi balı 400-dən az olmayan abituriyentlər iştirak edirlər.

- Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.

- Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticə¬ləri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən edilir.



17. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ixtisas seçimi aparılır. Оrta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsində iştirak etmək şərtləri aşağıdakı şəkildədir:

- I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarının I, II, III və IV qruplarının ümumi balı 100-dən az olmayan abituriyentləri iştirak edə bilərlər.

- II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarının I və IV qruplarının ümumi balı 100-dən az olmayan abituriyentləri iştirak edə bilərlər.

- III qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarının III qrupunun ümumi balı 100-dən az olmayan abituriyentləri iştirak edə bilərlər.



18. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir:

- buraxılış imtahanına daxil olan fənlər üzrə orta attestat balı;

- test imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;

- test imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;

- test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

- test imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;

- test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.



Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri”ndə və “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri”ndə verilmişdir.



19. Abituriyentlər müəyyən olunmuş müddətdə imtahan nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Apelyasiya Komissiyasına abituriyent şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir.



20. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Qəbul kampaniyası dövrü abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

saxta sənəd təqdim etmək;

imtahanlara mobil telefon, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;

səbəbindən asılı olmayaraq imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;

nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;

cavab kartını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.



Abituriyentin 20-ci bənddə göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. (tqdk.gov.az)