Abızovun həbs müddəti uzadıldı

abizovun-hebs-muddeti-uzadildi
Oxunma sayı: 1671

Moskva şəhər məhkəməsi Rusiyanın sabiq açıq hökumət naziri Mixail Abızovun həbs müddətini uzadıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, ötən ilin martında həbs edilən Abızovun məhkumluq müddəti sentyabrın 25-dək davam edəcək.

Xatırladaq ki, Mixail Abızov ötən ilin martında həbs olunub. O, xidməti vəzifəsindən istifadə edərək cinayətkar qrup yaratmaqda, çirkli pulların yuyulmasında və iri məbləğdə rüşvət almaqda ittiham olunur.