“Abortdan sonra çantama 5 min dollar atdı”

“Abortdan sonra çantama 5 min dollar atdı”
Oxunma sayı: 5646

61 yaşı aparıcı-aktyor Mehmet Ali Erbilin gənc sevgilisi Nevin hamilə qalması Türkiyə gündəmini zəbt edib. “Qafqazinfo” xəbər verir ki, Nev ötən gündən etibarən yayılan xəbərlər barədə açıqlama verib. 

O, 3 aydır ki, aparıcı ilə bir yaşadığını söyləyib:

“30 avqust tarixində hamilə olduğumu öyrəndim. Mehmet Ali övladının doğulmasını istəmir. Mənə “Uşağı aldır, mən xəstəyəm, baxa bilmərəm” dedi. İnanın, psixologiyam çöküb. Tez-tez yemək yeyirəm, çirkinləşmişəm, çəkim artıb.  Neçə gündür ki, ağlayıram.

Ona çox inandım, ər-arvad kimi 3 ay yaşadıq. Sevdiyim adamdan hamilə qaldım. Əlbəttə, uşağı doğmaq istəyirəm. Hamilə qalacağımı gözləmirdim. Mehmet Ali xəstə və yaşlıdır. Hamilə qalacağıma inanmazdım”.  

Bu açıqlamadan sonra Erbilin gənc sevgilisinin bir neçə gün bundan əvvəl abort etdirdiyi məlum olub. 

O, “Duymayan Kalmasın” proqramına açıqlamasında sevgilisinin ona 5 min dollar verdiyini bildirib:

“Uşağı aldırmaya Mehmetin qardaşı Mustafa Erbil ilə getdim. Abortdan sonra çantama 5 min dollar atdı”. 

M. Erbil də mövzu ilə bağlı açıqlama verib.  Şoumen sevmədiyi birindən övlad sahibi olmaq istəmədiyini deyib:

“Mənim üçün ailə çox önəmlidir. Bu günə kimi xanımlarım və övladlarımı qorumuşam, hamısına hörmətlə yanaşmışam. Bir uşaq iki insanın sevgisindən dünyaya gəlir. İki-üç gün görüşdüyüm birindən necə uşaq sahibi ola bilərəm? İş başqa səmtə gedir. Məndən ikinci əl maşın belə istədi, 260 min TL dəyərində… Nevin hamiləliyi sonlandırıldı”.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi