Rusiyalı biznesmen Roman Abramoviç İsveçrədə hakim qarşısına çıxıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, iş adamının Avropa Yenidənqurma və İnkişaf Bankına olan borcu səbəbindən məhkəməsi keçirilib. Borcun məbləğinin 46 milyon dollara qalxdığı bildirilir. Bank ilk mərhələdə Abramoviçdən bunun 17,5 milyon dollarını tələb edib.
Eyni zamanda, direktorlarının 2015-ci ildə Roman Abramoviçlə Yevgeni Şvidler olduğunu iddia etdiyi “Runicom SA” şirkətinə qarşı da iddia irəli sürüb. İddiada bankın şirkətə verdiyi kredit məbləği və cərimələr əksini tapıb. “Runicom” nümayəndələrinin sözlərinə görə isə, bütün borclar hələ 1998-ci ildən bağlanıb.
Nuranə
Son xəbərlər
Son Xəbərlər