“Çelsi” klubunun sahibi, rusiyalı milyarder Roman Abromoviç və həyat yoldaşı Daşa Jukova ilk dəfə tədbirlərdən birinə qızları Leya ilə qatılıb.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Leyanın şəkli bir müddət öncə mətbuatda paparatsilərin hesabına yayılıb. Bu dəfə isə Abramoviç ailəsi uşaqlarını özləri tədbirə aparıb. Onların fikrincə, Leya artıq böyüyüb və belə tədbirlərə qatıla bilər.
Qeyd edək ki, cütlüyün iki övladı var: bir qızı və bir oğlu. Leyanın apreldə 3 yaşı tamam olacaq, qardaşı Aaronun isə 7 yaşı var.


Son xəbərlər
Son Xəbərlər