Abramoviç indi də İspaniya klubunu almaq istəyir

abramovic-indi-de-ispaniya-klubunu-almaq-isteyir
Oxunma sayı: 3379

“Çelsi” klubunun keçmiş prezidenti Roman Abramoviçin adı İspaniyanin “Valensiya” klubu ilə hallanır

Qafqazinfo xəbər verir ki, müharibə səbəbi ilə sanksiyalara məruz qalan Abramoviç “Çelsi” klubunu satdıqdan sonra özünə yeni klub almaq istəyindən əl çəkmir. 

Bu dəfə isə onun “Valensiya” klubu ilə maraqlandığı ortaya çıxıb.

Klubun sahibi Piter Lim maliyyə problemləri yaşadığı və klubu satmaq istədiyi üçün Abramoviçin ona ilkin təklif göndərməsi barədə məlumat mediaya sızdırılıb.

Xatırladaq ki, Roman Abramoviçin adı Türkiyənin “Göztəpə” klubu ilə də hallanır.