Abramoviç Ukrayna-Rusiya danışıqlarında iştirak edib?

abramovic-ukrayna-rusiya-danisiqlarinda-istirak-edib
Oxunma sayı: 3939

“İş adamı Roman Abramoviç Ukrayna ilə danışıqların ilkin mərhələsində iştirak edib, hazırda danışıqlar nümayəndə heyətləri səviyyəsində davam etdirilir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə bildirib.

"Abramoviç həqiqətən ilkin mərhələdə iştirak edib. İndi danışıqlar iki danışıqlar aparan komanda arasında gedir”, o qeyd edib.